Mühasibatlıq üzrə 2 aylıq təlim-təcrübə proqramını uğurla bitirən tələbələrimizə sertifikatlarını təqdim etdik. Təlim müddəti ərzində tələbələr maliyyə-mühasibatlıq üzrə nəzəri biliklərə yiyələnməklə yanaşı, öyrəndiklərini real iş mühitində də tətbiq edərək praktiki bacarığa da sahib oldular.
Əminik ki, peşəkar və təcrübəli təlimçimizin dəstəyi ilə əldə olunan biliklər, onların peşəkar mühasib kimi yetişməsində mühüm rol oynayacaq. Tələbələrimizin uğurları ilə fəxr edir və onlara gələcək karyeralarında nailiyyətlər arzulayırıq!